SÖZÜNÜN AĞASI OLMAQ
SÖZÜNÜN ARXASINDA DURMAQ (DAYANMAQ)
OBASTAN VİKİ
Altından Qazıma
İran sözünün etimologiyası
İran sözü, ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında Orta farscada Ērān, Pəhləvicə ʼyrʼn sözlərindən əmələ gəlmişdir. Burada Orta Farscadakı yazılarda müşahidə edilən Parf dilindəki yazıda kral üçün ardašīr šāhān šāh aryān (Pahlavi: ... ʼryʼn) ifadəsi istifadə edilərkən, kralın Orta Farscadakı yazılardakı adı ardašīr šāhān šāh ērāndır.
Dağ qara (meşə altından çıxmış) torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. == İqlimi == Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. == Morfoloji əlaməti == Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.